Ana Səyfə
     Şeirlər
     Şəkillər
     Videolar
     Statuslar (azəricə)
     Statuslar (türkcә)
     Qarşılıqsız sevgi
     Facebook
     Twitter
     E-mail
     Youtube




Mərcanı sevirəm - Şeirlər


                                  Sevgilimsevirəm səni

Gözəlim ürəkdən sevirəm səni 
Amandır incitmə, incitmə məni 
Nə olar sındırma sevən qəlbimi 
Dərdindən olmuşam dəli-divanə 
Sevgilim gəl mənə olma biganə. 

Sevgilim sənsiz bu həyat haramdır mənə 
Gözəl gülüşün bəs edər səni sevənə 
Heyranam gözlərinə qurbanam sənə 
Sən bir şamsan mənsə pərvanə 
Sevirəm gəl olma mənə biganə. 

Eşqinin əsiriyəm gülüm, yanır ürəyim 
Gəl söndür odumu gəl ol gərəyim 
Sənsiz haramdır duzum çörəyim 
Bu sevən qəlbim belə qurbandır sənə 
Sevgilim gəl mənə olma biganə 
Sevirəm gəl olma mənə biganə



Sevirəm ilk eşqim sevirəm səni


Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.

Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.

Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.


Sevirəm səni
Xəyallarımda hər zaman sən yaşayacaqsan. 
Əvəzsiz bir sevgili yarım olacaqsan. 
Yalnız sən mənimsən, mənə qalacaqsan. 
Ağrılı qəlbimin sən ey sevgilim, 
Loğmanı, dərmanı, tək yarı, sən olacaqsan!!! 

Sən mənə göylərdə uçan mələksən, 
Ağrılı qəlbimdə açan çiçəksən. 
Ruhumda, ruhunu sevibdir sənin, 
Ağrılı qəlbimi sağalt sən mənim. 
Yalnız sənə ehtiyacı var sevən qəlbimin!!! 

Sevmişəm, sevirəm, sevəcəm səni. 
Elə hey, həsrətdə saxlasan məni, 
Vermərəm əlimdən yadlara, vermərəm səni. 
İndi dəli divanə etmisən, gülüm sən məni 
Röyalarımda, yaşadacam hər zaman səni!!!




Yaman sevgi

Mən səni sevirdim sevməz olaydım
Kaş bu dünyada sənsiz qalaydım
Sən məni aldatdın mən isə inandım
Sevgi alovunda alışıb yandım

Bütün sevgimi mən sənə vermişdim
Səni yeganə sevgim bilmişdim
Sən isə vəfasız insafsız çıxdın
Mənim sənə olan sevgimi yıxdın

İndi sənin öz həyatın mənim öz taleyim var
Görən səni sevəcəkmi sevdiyin o yar?
Mən səni unutmamışam unutmaram heç
Ay Allah sən özün günahımızdan



 Hələdə

Unutmağı unutmuşam əzizim.
Göz yaşımı qurutmuşam əzizim.
Mən vəfalı buludmuşam əzizim.
Xatirəvin üstündəyəm hələdə !

Bir boşluğ var doldurmağa qıymıram.
Yollarını gözləməyə doymuram.
Gözlərimi vurulmağa qoymuram.
Tutulası bir əhdim var hələdə !

Sən gedəli dəyişmirəm yerimi.
Dəyişmirəm nə obamı,elimi.
Hicranından yorğun düşən əlimi.
Bükülməyə qoymayıram hələdə !

Səni sevmək yazılıbsa yaşaram.
Hərdən yadrıxaram,hərdən çaşaram.
Vallah tək arzumdu bunu başaram.
Başarıram yaşayıram hələdə !


Sən mənim qəlbimdə yaşayacaqsan

Sanma ki, ayrıldın itdi bu sevgi
Sən getdin səninlə getdi bu sevgi
Kök atdı, qəlbimdə bitdi bu sevgi
Sən mənim qəlbimdə yaşayacaqsan

Səninçün açılar yeni bir sabah
Mənimlə qalacaq bu kədər bu ah
Olsan da özgənin qismətə bir bax
Sən mənim qəlbimdə yaşayacaqsan

Üzsən də əlini əlimdən indi
Bu əl də, bu can da, ruh da sənindi
Səndən ayrılmaqmı? Yox bu çətindi
Sən mənim qəlbimdə yaşayacaqsan

Yandırdın qəlbimdə sönməz bir ocaq
Od tutub bu ürək, daim yanacaq
Öldün həyatımda sevgilim ancaq
Sən mənim qəlbimdə yaşayacaqsan


Bugün 1 ziyaretçi (7 klik) kişi burdaydı!

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol